Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.Qeyd edilib ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.