Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, martın 16-da saat 13-00 radələrində Səbail rayonunun A.M.Ələkbər küçəsində İmişli rayon sakini R.Sadıqovun idarə etdiyi “Shacman” markalı avtomobil yolu keçən 50-55 yaşlı kişini vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.