Bakıda Moldova ədəbiyyatı günləri keçirilir
Martın 1-dən 3-dək Bakıda Moldova ədəbiyyatı günləri keçiriləcək. Bü münasibətlə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Moldova Azərbaycanlıları Konqresinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin dəstəyi iBakıda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. YeniAvropa xəbər verir ki, Moldova ədəbiyyatı günləri çərçivəsində Bakıda Moldovanın tanınmış yazıçı və şairləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Moldovada çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələri təqdim ediləcək. Bundan əlavə, moldovalı müəlliflərin kitablarının təqdimatı və bir sıra digər tədbirlər planlaşdırılıb.
Martın 1-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Moldova Yazıçılar İttifaqının sədri Arkadi Suçevyanu başda olmaqla moldovalı ədiblərlə görüş keçirilib.
AYB-in sədri, xalq yazıçısı Anar Azərbaycan ilə Moldova arasında ədəbi əlaqələrdən danışaraq qeyd edib ki, iki ölkənin yazıçılar ittifaqları arasında sıx əməkdaşlıq yaranıb. Anar Bakıda Moldova ədəbiyyatı günlərinin təşkilinə və keçirilməsinə göstərdiyi dəstəyə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təşəkkür edib, ona AYB-in fəxri üzvü vəsiqəsini təqdim edib.
V.Novruzov göstərdiyi diqqətə görə Anara təşəkkür edərək bildirib ki, yaxın günlərdə Moldovada Azərbaycan ədəbiyyatı günləri keçirmək planlaşdırılır.
Moldovanın ölkəmizdəki səfiri George Leuka diqqətə çatdırıb ki, Moldova ilə Azərbaycanı uzun illərdir bütün sahələrdə sıx əlaqələr bağlayır. Səfir vurğulayıb ki, bugünkü tədbir dost ölkələrimizin xalqlarının bir-birinin mədəniyyətinə qarşılıqlı maraq göstərməsinin növbəti təsdiqidir.
Sonra George Leuka və Arkadi Suçevyanu Moldova Yazıçılar İttifaqının fəxri üzvü döş nişanını Anara təqdim ediblər.
Tədbir diskussiyalarla davam edib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib