logo

Azərbaycanın “Eurovision-2018” mahnısı bazar günü təqdim ediləcək

11:28 28-02-2018 | icon 4739
Azərbaycanın “Eurovision-2018” mahnısı bazar günü təqdim ediləcək

Azərbaycanı “Eurovision-2018” mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.

YeniAvropa xəbər verir  ki, Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.