Azərbaycan-İSESKO əlaqələri müzakirə edilib
Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə Əbu-Dabi şəhərində keçirilən İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında təşkilatın Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüşdə Salim əl-Malikin Bakıya rəsmi səfərə dəvət olunması, səfərlə bağlı proqramın hazırlanması, eləcə də Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, təhsil və mədəniyyət sahələrində həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Vasif Eyvazzadə Baş direktora Mədəniyyət naziri, Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin salamlarını çatdıraraq Prezident İlham Əliyev və Birinci vitse-Prezident, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın İSESKO ilə əməkdaşlığın inkişafına daim dəstək verdiklərini qeyd edib.
Vasif Eyvazzadə, həmçinin Azərbaycanın İSESKO tərəfindən həyata keçirilən bir sıra layihə və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O bildirib ki, hazırda İSESKO “Bakı Prosesi”nin əsas tərəfdaşlarından biridir.
Salim əl-Malik Azərbaycanın İSESKO ilə əlaqələrinə, həmçinin İslam dünyasında roluna xüsusi diqqət ayırdığını, ölkə rəhbərliyinin və Mehriban xanım Əliyevanın İslam dünyasına töhfələri barədə məlumatlı olduğunu və Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə görüşləri səbirsizliklə gözlədiyini bildirib. Baş direktor, həmçinin İSESKO-dakı yeniliklər, struktur dəyişikliyi, yeni layihələr və digər məsələlər barədə ətraflı məlumat verib.
Görüşdə Baş direktora Azərbaycan tərəfindən bir neçə yeni layihə təqdim edilib. Layihələr arasında İSESKO ilə birgə “Lunchpad” proqramının və təşkilat çərçivəsində İslam dünyası üçün “Yaradıcı şəhərlər” proqramının həyata keçirilməsi də olub. “Lunchpad” proqramı kitabxanalarda mentor proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Baş direktor layihələrin nəzərdən keçiriləcəyini və bununla bağlı yaxın zamanda Azərbaycan tərəfinə mövqe bildiriləcəyini qeyd edib.
Görüşdə İcraiyyə Şurasının 40-cı sessiyası çərçivəsində qəbul olunan yeni qərarlar, Məşvərət Şurasının və İnkişaf Fondunun yaradılması və bu fondun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Sessiya zamanı Azərbaycan təşkilatın Maliyyə Nəzarəti Komitəsinə üzv seçilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır