Ötən il paytaxtda 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrup aşkarlanıb.
YeniAvropa xəbər verir ki,bunu yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
M.Seyidov bildirilib ki, bundan başqa, 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrup ifşa olunub.
İdarə rəisi nаrkоtiklərlə bağlı aşkarlanan 1244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.