Sabunçu və Şəmkir rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini İlqar Mövsümov Bərdə rayon sakini S.Qocayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Balakən rayon sakini Tural Əhmədovun idarə etdiyi “Fiat Doblo” markalı avtomobil isə dərəyə aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.