Bakıda Çin təqvimi üzrə Yeni il keçiriləcək
Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Bu münasibətlə yanvarın 10-dan 18-dək Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il və Bakı” adlı silsilə tədbirlər keçiriləcək.
Xalça Muzeyindən YeniAvropa-ya bildirilib ki, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq. Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət fotosərgi, videoçarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadacaq.
Silsilə tədbirlər hər kəs, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak ödənişsizdir. Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və digər maraqlı ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən keçiləcək və Çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamına töhfə olacaq.
Qeyd edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi və bu ölkənin muzeyləri ilə Azərbaycan Milli Xalça Muzeyi sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” (Splendour Asia – Joint Exhibition of Asian Civilization) adlı sərgidə Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımından önəmli hadisədir.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib