logo

Tehranda və Bakıda əl işlərindən ibarət sərgilər təşkil olunacaq

16:11 08-12-2019 | icon 5544
Tehranda və Bakıda əl işlərindən ibarət sərgilər təşkil olunacaq

Bakıda İran sənətkarlarının, Tehranda isə Azərbaycan sənətkarlarının əl işlərindən ibarət sərgilər təşkil olunacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın Əl İşləri Sənayesi və Turizm naziri Əli Əsğər Munisan yerli KİV-ə müsahibəsində söyləyib. Nazir qeyd edib ki, İran ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsi turizm sahəsinə də müsbət təsir göstərir. Odur ki, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri intensivləşib.

Onun sözlərinə görə, bu sərgilər xalqlarımızın bir-birini daha yaxından tanımasına kömək göstərməklə yanaşı, turist səfərlərinin artmasına da müsbət təsir edə bilər.

Ə.Munisan nəzərə çatdırıb ki, artıq qarşılıqlı sərgilərin təşkili barədə razılaşma əldə olunub. Bununla yanaşı, turizmlə məşğul olan özəl şirkətlərin nümayəndələrinin də görüşünü təşkil etmək zəruridir. Bu görüşlər əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün səmərəli ola bilər.