logo

İcra nümayəndəsi qəza törətdi, həyat yoldaşı öldü

10:59 08-12-2019 | icon 4193
İcra nümayəndəsi qəza törətdi, həyat yoldaşı öldü

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə Cəlilabad-Bayxanlı yolunda baş verib.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Cəlilabad RİH-dən verilən məlumatda qeyd edilib ki, sürücü M.Şirəliyev rayonun Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.