Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Qeyd edilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.