Bakıda Özbəkistan Kino Həftəsi açılıb
Azərbaycan Mədəniyyət Nazirliyinin və “O`zbekkino” Milli Agentliyinin təşkilatçılığı ilə noyabrın 17-24-də Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir.
YeniAvropa xəbər verir ki, Özbəkistan Kino Həftəsinin açılışı noyabrın 18-də Nizami Kino Mərkəzində olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Almas Sultanzadə tədbirdə iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətinin üzvlərini təqdim edib. O bildirib ki, Özbəkistan Kino Həftəsi ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Azərbaycan kinematoqrafçılarının nümayəndə heyəti bu yaxınlarda Özbəkistanda səfərdə olub. İndi isə özbək kinematoqrafçılar ölkəmizə cavab səfərinə gəliblər.
“O`zbekkino” Milli Agentliyinin baş direktorunun müavini Şukrulla Rizayev son illərdə ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq qeyd edib ki, tərəflər müştərək filmin çəkilişlərinə başlamağa hazırdırlar.
Sonra Azərbaycanda Özbəkistan Kino Həftəsinin açılışı olub.
Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev özbək kinematoqrafçılarının nümayəndə heyətini salamlayaraq bildirib ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev əmin olduğunu bildirib ki, Özbəkistan Kino Həftəsi çərçivəsində nümayiş etdiriləcək filmlər Azərbaycan tamaşaçısında maraq oyadacaq. Kino Həftəsi rejissor A.Miqnarovun “İmom Abu İso Muhammad Termizi” bədii filminin nümayişi ilə açılıb.
Nümayəndə heyəti noyabrın 19-da Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq. Burada ölkəmizin kinematoqrafçıları ilə görüş keçiriləcək, kino sahəsində gələcək əməkdaşlıq müzakirə ediləcək.
Nümayəndə heyəti Azərbaycanın bölgələrinə - Şəki, İsmayıllı və Qəbələyə də gedəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaqlar.
Bölgələrdə özbək filmləri nümayiş etdiriləcək. Filmlərə baxış pulsuz olacaq.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər