Paytaxtda baş verən ağır avtoqəzada 2 nəfər ölüb, 2 nəfər müxtılif dərəcəli bədən xəsarəti alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.