Noyabrın 12-də “Expo Cafe”də bütün dünyada İtaliya Mətbəxi Həftəsinə həsr olunmuş mətbuat konfransı olub.
YeniAvropa xəbər verir ki, tədbirdə bildirilib ki, İtaliya Mətbəxi Həftəsi noyabrın 18-dən 24-dək keçiriləcək.
Mətbuat konfransında bildirilib ki, tədbir çərçivəsində Bakıda ustad dərsləri, məşhur italyan aşpazlarla görüşlər, habelə paytaxtın iri marketlərində İtaliya məhsullarının promo-aksiyaları təşkil olunacaq.
Qeyd edək ki, Həftənin əsas məqsədi İtaliya mətbəxini bütün dünyada təbliğ etməkdir.