Noyabrın 29-dan dekabrın 1-dək Bakıda Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”ın təşkilatçılığı, “The Landmark Baku”, “Bakı Metropoliteni” QSC, Nizami Kino Mərkəzi və “Nizami Restaurant & Lounge”nin dəstəyilə Beynəlxalq Bakı Tanqo Festivalı keçiləcək.
YeniAvropa xəbər verir ki, festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar.
3-cü dəfə keçiriləcək festivalda xüsusi qonaq qismində Argentinanın 2019-cu ildə Dünya və Avropa çempionları olamuş Aqustina Piyacco və Maksim Gerasimo (Argentina/Rusiya), Akosta və Levan Qomelauri (Gürcüstan) iştirak edəcəklər.
Qeyd edək ki, izləyicilər festivalda Viktor Hüqo Vilena və Lautaro Tisseranı da görə biləcəklər. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena dövrün ən yaxşı bandoneonçularından biri hesab olunur. Lautaro Tissera isə müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biridir.
Festivalın məqsədi Argentina mədəniyyəti və musiqisini tanıtmaq və iştirakçıları yeni sənətçilər, rəqqaslar və ritmlər kəşf etməyə dəvət etməkdir.