Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.
Sonra qurultay iştirakçıları açıq səsvermədə xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.
Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.