logo

Tokatda  I Türk Dünyası Şairlər Görüşü keçirilib

14:39 27-10-2019 | icon 5488
Tokatda  I Türk Dünyası Şairlər Görüşü keçirilib

Türkiyənin Tokat şəhərindəki Atatürk Mədəniyyət Sarayında TİKA-nın (Türk İşbirliyi və Koordinasya Agentliyi) dəstəyi, Tokat Valiliyi, Tokat Bələdiyyəsi, TÜRKSOY, DünyaDER-in (Dünya Yazarlar və Aydınlar Dərnəyi) təşkilatçılığı ilə “I Türk Dünyası Şairlər Buluşması” gerçəkləşib.

 YeniAvropa  xəbər verir ki, türk dünyası ədəbiyyatına, sənətinə, mədəniyyətinə, türk birliyi və bərabərliyinə xidmət edən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, İraq, Makedoniya, Suriya və Türkiyəni təmsil edən şairlər, ədəbiyyatşünaslar, sənət adamları iştirak ediblər.

“Biz dünya coğrafiyasını ədəbi əsərlərlə süsləyən gözəl türkcəmizin çağdaş zənginliklərini də Anadolunun alimlər, şairlər və mütəfəkkirlər şəhəri olan Tokatımızda buluşturmanın xoşbəxtliyini yaşaıyrıq. Gün, “Dildə, fikirdə, işdə birlik” günüdür. Birliyimiz, hüzurumuz, xoşbəxtliyimiz daimi olsun; gələcəyimiz güclü bir türk birliyinə qovuşsun!

Türk Dünyası Şairlər Buluşmasının xeyirlərə, uğurlara vəsilə olmasını diləyirik!” – təşkilatçıların ortaq istəyi bu cümlələrlə ifadə olunub.

Tədbirdə ölkəmizi Azərbaycanda Atatürk Mərkəzinin nümayəndəsi təmsil edib.

Şairlərin şeir oxuduğu, sənətçilərin türk dünyasına ünvanlanmış mahnılar ifa etdiyi tədbirdə çoxsaylı görüşlər keçirilib və iştirakçılar Tokatı n görməli yerlərini gəzib, tarixi məkanlarını ziyarət ediblər.