Ötən gün Rusiyanın Sankt Peterburq şəhərində taksi sürücüsü 24 yaşlı Azərbaycan vətəndaşını güllələyib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, taksiyə minən azərbaycanlı gənc sürücü ilə mübahisə edib. Bundan sonra sürücü ona dörd dəfə atəş açaraq, maşından bayıra atıb.
Hadisə yerinə təcili tibbi yardım gəlib. Həkimlər yaralıya yardım edərkən zərərçəkənin ayaqlarında güllə yaraları müəyyən ediblər. Polis dörd giliz taparaq maddi sübut kimi götürüb.
Hazırda hadisə ilə bağlı cinayət işi başlayıb-başlamamaq məsələsi həll olunur.