logo

Paytaxtda ər arvadını və baldızını bıçaqladı

10:48 03-09-2019 | icon 2758
Paytaxtda ər arvadını və baldızını bıçaqladı

Sentyabrın 2-də, gecə saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində 38 yaşlı Samir Quliyev həyat yoldaşı 30 yaşlı Ruhəngiz Mahmudovanı və onun bacısı 32 yaşlı Roza Mahmudovanı bıçaqlayıb.  

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov vməlumat verib. Onun sözlərinə görə, S.Quliyev həyat yoldaşına 14 bıçaq vurub.

Çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın vəziyyəti ağırdır.

Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

“Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda həyatları üçün təhlükə yoxdur”,- deyə mətbuat katibi bildirib.