İmişlidə 28 yaşlı oğlan göldə boğulub.
YeniAvropa xəbər verir ki, hadisə bu gün rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Səfalı Cəfərov göldə çimmək istəyərkən batıb. Onun meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.
Səfalı Cəfərovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.