Şabranda 22 yaşlı qadını ilan sancıb.
YeniAvropa xəbər verir ki, rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədova Məryəm Ceyhun qızını təsərrüfat işləri ilə məşğul olan zaman ilan sancıb.
M.Məmmədova yaxınları tərəfindən dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsini davam etdirən yaralıya zəhər əleyhinə zərdab vurulub.