Sevilən səs sahibi, ABŞ-da yaşayan 63 yaşlı cənublu həmvətənlimiz, Azərbaycanın əməkdar artısti Yaqub Zurufçu uzun müddətdən sonra oktyabrın 12-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Sarayın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, konsertin biletləri bu gündən satışa çıxarılıb.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək konsertdə Yaqub Zurufçunun ifasında sevilən bir çox mahnılar səslənəcək.