logo

Şairə Kəmalə Ağayeva vəfat edib

12:52 19-07-2019 | icon 6244
Şairə Kəmalə Ağayeva vəfat edib

Tanınmış şair, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Kəmalə Ağayeva vəfat edib.

 YeniAvropa xəbər verir  ki, Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olub. 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb.

Onun ilk mətbu şeiri – “Hilal olaydım” 1957-ci ildə “Azərbaycan” jurnalında dərc ediləndən sonra fəal bədii yaradıcılıqla məşğul olub. Fransız dilindən poetik tərcümələr edib. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, "Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı, “Göyçək Fatma”, “Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulub, efirdə səsləndirilib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Kəmalə Ağayeva Fransa şairlərindən P.Elüar, P.Verleni, L.Araqon və digərlərinin əsərlərini də tərcümə edib.

Allah rəhmət eləsin!