İsveçrə-Azərbaycan ikitərəfli texniki əməkdaşlığının 20 illiyi konsert proqlamlarıı ilə qeyd ediləcək
İsveçrə ilə Azərbaycan arasında ikitərəfli texniki əməkdaşlığının 20 illiyi konsert proqlamlarıı ilə qeyd ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, İsveçrənin "İl Mosaico" gənclər orkestri və azərbaycanlı violonçelist Orxan Hüseynovun iştirakı ilə təşkil olunacaq konsertlərdən biri Bakıda, digəri isə Qəbələ şəhərində keçiriləcək.
Bakıdakı konsert iyulun 6-da saat 19-00-da bakı Musiqi Akademiyasında təşkil ediləcək.
İkinci konsert isə iyulun 8-də, saat 19-00-da Qəbələ mədəniyyət mərkəzində keçiriləcək.