I Respublika Sənətkarlıq Festivalı keçirilib
İyulun 3-dən ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilib.
YeniAvropa xəbər verir ki, festival Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub.
Festivalda respublikamızın paytaxtı və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. İnsanların festivala daha rahat gəlmələri üçün Nizami küçəsində açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil edilib. Tədbir festival-yarmarka və karnaval formasında keçirilir. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılıb.
Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, bu festivalın keçirilməsi UNESCO-nun 43-cü sessiyasina təsadüf edir. Bu sessiyada 150 ölkəni təmsil edən 3 minə qədər qonaq iştirak edir.
İyulun 7-dək davam edəcək festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda əl işlərini əldə edə biləcəklər. İnanıram ki, bu, sahibkarlar üçün də gözəl bir şansdır.
Tədbirin keçirilməsində dəstək olan şirkətlərə təşəkkürünü bildirən nazir bura gələn insanların mədəni istirahətlərini qurmasında bu festivalın başlıca məqsəd olduğunu bildirib. Nazir onu da qeyd edib ki, bütün bu tədbirlərin keçirilməsi silsilə xarakter daşıyır. Azərbaycanda turizmin inkişafı yüksək səviyyədə təmin olunur. Ölkə başçısının siyasəti Azərbaycanı qabaqcıl ölkəyə çevirməkdir. Buna görə də Azərbaycanın qapıları dünyanın üzünə açıqdır. “Hesab edirəm ki, bu mədəni marşrut öz-özlüyündə vacibdir. Buna görə də bizim sahibkarlarımız bu marşrutun genişlənməsinə öz töhfəsini verəcəklər", - deyə nazir əlavə edib.
Yarmarkanın iştirakçılarından olan Rauf Seyidzadə tədbirə Bakı şəhərindən qatılıb. Təşkilatçılara minnətdarlığımı bildirən sənətkar deyib: “Bizə əl işlərimizin nümayiş olmasında dəstək olurlar. Arzu edərdim ki, mütəmadi olaraq belə sərgilər keçirilsin və biz də hazırladığımız əl işlərini burda həm nümayiş etdirək, həm də sataq".
Tədbirə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Tədbirin keçiriləcəyi ərazidə məlumat mərkəzləri yaradılıb. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcək.
Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdirilməsi məqsədilə ustad dərsləri təşkil ediləcək. Yeni, əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılıb.
Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə edilib. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdirilib və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləni formalaşdırır. Beləliklə, festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olurlar. Festival barədə kitabçalar və kataloqlar nəşr olunub.
Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival müddətində hər gün konsert proqramı təqdim ediləcək. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına kömək göstəriləcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib