Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 3-də “Hyatt Regency” otelində Kolumbiya musiqisi gecəsi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Kolumbiyanın populyar “Puerto Candelaria” qrupu çıxış edib.
Tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən və bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi açılıb.
Qeyd edək ki, Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektivin bir neçə uğurlu albomu (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia” və s.) buraxılıb və dünyanın bir çox ölkələrinə qastrol səfərləri olub.
“Puerto Candelaria” qrupunun konserti böyük maraqla qarşılanıb.