Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 30 m2 sahədə məişət tullantıları yanıb.
YeniAvropa.Az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfər kişi meyiti aşkar olunub. Mənzillər yanğından mühafizə olunub.
S.B.