logo

Yunanıstanın Azərbaycandakı səfirinin rəsm sərgisi açılıb

22:29 01-06-2019 | icon 6251
Yunanıstanın Azərbaycandakı səfirinin rəsm sərgisi açılıb

İyunun 1-də Müasir İncəsənət Muzeyində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos D.Kanellosun sayca 21-ci sərgisi açılıb. Müasir İncəsənət Muzeyi ilk dəfə olaraq rəssamın əsərlərini nümayiş etdirir.

YeniAvropa xəbər verir  ki, sərgiyə rəssamın 25 əsəri təqdim olunub.

Sərgidə rəssamın bioqrafiyasından danışan Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov bildirb ki, Nikolaos D.Kanellos gözəl rəssam olmaqla yanaşı, gözəl yazıçı və musiqiçidir. O, çıxışında səfirə yeni-yeni uğurlar arzulayıb.

Səfir rəssamlığa 25 il öncə gəlib. Demək olar ki, hər gün rəsm çəkməklə məşğul olur. Rəsm çəkərkən heç bir insanın dilə gətirmədiyi, ancaq demək istədiyi məqamları “mistik dialoq” şəklində ifadə etməyə çalışıb. Bu dialoq insanlarla təbiət arasında olan dialoqdur. Buna görə də rəsmlərində gülləri, təbiət mənzərələrini və insanları çəkib.

O, bildirib ki, Bakını çox sevir. Azərbaycanın bir çox bölgələrində olarkən insanların sadəliyinə heyran qalır, onların həyat tərzini bəyənir.

Yunanıstan Milli Qalereyasının direktoru Marina Lambraki Plaka çıxışında qeyd edib ki, bu gözəl ölkədə və xüsusilə Müasir İncəsənət Muzeyində olmağından çox şaddır. Şəhərin köhnə və yeni arxitekturasından çox təsirlənib. İnsanların da çox mehriban olmasını bildirən Marina, onlarla söhbətindən zövq aldığını diqqətə çatdırıb.

Sonda sərgiyə baxış olub.