TÜRKSOY tərəfindən elan edilən “Oş-türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Qırğızıstanın Oş şəhərindəki “Suleyman-Too” muzey-kompleksində türk dünyasının rəssamlarının sərgisi açılıb.
YeniAvropa xəbər verir ki, plenerin açılışında TÜRKSOY-un nümayəndələri, Oş şəhərinin rəhbərləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Macarıstan, Şimali Kipr, Saxa Yakitiya, Başqırdıstan rəssamları iştirak edib.
“Qədim Oş şəhəri 21 əsr rəssamlarının gözü ilə” adlı plenerdə ölkəmizi Pərviz Ələkbərli təmsil edir.
Tədbiri Oş şəhəri merinin müavini Jasur Azimov açaraq şəhərin zəngin tarixi, mədəni irsindən söhbət açıb, “Oş-türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində həyata keçirilən layihələrdən danışıb.
O deyib ki, son tədbirlərdə iştirak edən rəssamlar Oş şəhərinin zəngim tarixini, mədəniyyətini, adət-ənənələrini və mənzərələrini öz tablolarında əks etdirməyə vaxt tapıblar və sərgidə də məhz bu əsərlər nümayiş etdirilir.
İştirakçılar sərgi ilə tanış olduqdan sonra TÜRKSOY və Oş şəhər merliyi tərəfindən rəssamların hər birinə müvafiq sertifikat və hədiyyələr təqdim edilib.