Çeçenistan prezidenti Ramzan Kadırovun oğlu məşhur türk serialına çəkilib.
YeniAvropa xəbər verir ki, bu barədə Adam Kadırovun dayısı, Şalin rayonunun administrasiya rəhbəri Turpal-Əli İbrahimov özünün sosial media hesabında məlumat paylaşıb. O, qeyd edib ki, 11 yaşlı Adam "Diriliş Ərtoğrul" serialının çəkilişlərində iştirak edib.
Xatırladaq ki, "Diriliş Ərtoğrul" serialı müsəlman türklərinin tarixindən bəhs edir. Ekran əsərində hadisələr 13-cü əsrdə cərəyan edir. Osmanlı imperiyasının banisi I Osmanın atası Ərtoğrul bəyin həyatı serialda geniş şəkildə işıqlandırılıb.
Turpal-Əli İbrahimov sosial şəbədəki səhifəsində Adam Kadırovun oynadığı epizodun videosunu da paylaşıb.