logo


Xalq artisti Bülbülə həsr edilmiş kitab təqdim olunacaq

17:15 18-12-2017 | icon 4137
Xalq artisti Bülbülə həsr edilmiş kitab təqdim olunacaq

Dekabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Bülbül. Biblioqrafiya” adlı kitabın təqdimatı olacaq.

Kitabxanadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə ərsəyə gələn kitab Azərbaycan professional vokal məktəbinin banisi, dünya şöhrətli müğənni, Xalq artisti Bülbülün anadan olmasının 120 illiyinə həs edilib.

Təqdimat mərasimindən öncə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə elmi konfransın da keçirilməsi nəzərdə tutulur.AZƏRTAC