Mayın 23-dən 30-dək ondan çox ölkədə Polşa istehsallı olan filmlər nümayiş ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, 12-ci “Visla” polyak filmləri festivalı çərçivəsində 20-dən çox müxtəlif mövzulu film Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Xorvatiya, Serbiya, İslandiya və Çili də daxil olmaqla ondan çox ölkədə göstəriləcək.
Festival çərçivəsində gənc rejissorların filmləri ilə yanaşı, məşhur polyak rejissor Yan Yakov Kolskinin bir neçə filminin retrospektivi nümayiş olunacaq. Həmçinin siyahıda uşaqlar üçün nəzərdə tutulmuş filmlər də var.