logo

Bu gün “Eurovision 2019” mahnı müsabiqəsinin qalibi bəlli olacaq

21:44 18-05-2019 | icon 5691
Bu gün “Eurovision 2019” mahnı müsabiqəsinin qalibi bəlli olacaq

Bu gün, bir neçə saatdan sonra  İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.

YeniAvropa xəbər verir  ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da keçirilib.

Müsabiqənin birinci yarımfinalının nəticəsinə görə, 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar.

İkinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb. Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb. Çingiz Mustafayevlə yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala vəsiqə qazanıblar.

Builki yarışma "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunub.

Xatırladaq ki, İsrail festivalın keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.