logo

Azərbaycan İstanbulda açılan kitab  sərgisində təmsil olunur

13:31 18-05-2019 | icon 5768
Azərbaycan İstanbulda açılan kitab  sərgisində təmsil olunur

Türkiyənin İstanbul şəhərinin Sultanəhməd meydanında və Böyük Çamlıca məscidinin sərgi salonunda dini nəşrlərin çoxluq təşkil etdiyi "Kitab və mədəniyyət sərgisi" açılıb. Bu il “Ramazan kitabla birləşir” şüarı altında keçirilən sərgi Türkiyə Dəyanət Vəqfi tərəfindən təşkil edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tədbirdə dünyanın bir sıra ölkələri ilə yanaşı, azərbaycanlı yazıçıların əsərləri və qəhrəmanlarımıza həsr olunmuş kitablar da yer alıb.

Sərgidə fəaliyyət göstərən Azərbaycan stendində Mədəniyyət Nazirliyi və Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində nəşr olunan əsərlər nümayiş olunur.

Mütəmadi olaraq 37-ci dəfə keçirilən sərgidə türk, ingilis, ərəb və digər dillərdə nəşrlərdən ibarət 140 stend qurulub.

Ümumilikdə 320 seçilmiş nəşriyyatın yer aldığı sərgi çərçivəsində imza günlərinin də keçiriləcəyi bildirilir.

Sərgi iyunun 30-dək davam edəcək.