İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblı tərəfindən geniş konsert proqramı təşkil olunub. “Mənim Azərbaycanım” adlı konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim edilib.YeniAvropa xəbər verir kiAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən konsert Rusiya Federasiyasının Xalq Artisti, dünya şöhrətli xoreoqraf Dikalu Muzakayev tərəfindən idarə olunub.
Konsert salonunda tamaşaçılar arasında Türkiyənin tanınmış mədəniyyət xadimləri, diplomatlar, İstanbul ictimaiyyətinin tanınmış nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri də olublar.