logo

“Eurovision”a hazırlıqla bağlı Azərbaycan nümayəndə heyəti Təl-Əvivə yollanıb

16:57 07-05-2019 | icon 5383
“Eurovision”a hazırlıqla bağlı Azərbaycan nümayəndə heyəti Təl-Əvivə yollanıb

İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir qrup əməkdaşı, eləcə də Milli Təşkilat Komitəsinin bəzi üzvləri “Eurovision 2019” mahnı müsabiqəsində iştirak etmək üçün Təl-Əvivə yola düşüblər.

YeniAvropa xəbər verir  ki, müsabiqənin ölkəmiz üzrə şərhçisi müğənni Murad Arifin də yer aldığı nümayəndə heyəti qələbə arzusu ilə yola çıxdıqlarını bildiriblər.

Dəstək heyəti İsrailə Azərbaycanın milli-mədəni dəyələrini, tarixini, turizmini əks etdirən müxtəlif maarifləndirici materiallardan ibarət hədiyyələr də aparıblar.

Qeyd edək ki, əsas məşqlərə start verən təmsilçimiz Çingiz Mustafayev “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnədə yer alacaq. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Xatırladaq ki, yarışmanın yarımfinal mərhələləri Təl-Əvivin Sərgi Mərkəzində mayın 14-ü və 16-da, finalı isə mayın 18-də reallaşacaq.

Qeyd edək ki, 1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi Ginnesin “Rekordlar” kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.