“Gəncliyin səsi” festivalı təşkil ediləcək
Prezident İlham Əliyevin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, həmçinin ötən ilin sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevralın 2-dən 6-dək ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.YeniAvropa xəbər verir ki, bu haqda Nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, festivalın keçirilməsində məqsəd gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışları, bilik və bacarıqları, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsidir.
Festival 2016-cı ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.
Bu il “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.
Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması da nəzərdə tutulub.
Festival çərçivəsində gənc yazarlarla görüş, Prezident təqaüdçülərinin konserti, gənclərin rəsm əsərlərindən ibarət sərgi, gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi, gənc aşıqların konserti və “ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” və “Bankir adaxlı” tamaşalarının premyerası keçiriləcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib