SSRİ xalq artisti, Azərbaycanın “Dostluq” ordenin sahibi, məşhur Rusiya estrada müğənnisi Alla Puqaçova 70 illik yubileyini qeyd edir.
YeniAvropa xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin müğənnini yubileyi münasibətilə təbrik edərək, onun qeyri-adi istedadını, parlaq artistlik bacarığını, gənc istedadların üzə çıxmasında rolunu xüsusi qeyd edib.
Xatırladaq ki, Alla Puqaçova Moskvada anadan olub. İlk populyarlığı müğənniyə Bolqarıstanda keçirilən “Qızıl Orfey” festivalında ifa etdiyi “Arlekino”, daha sonralar 1978-ci ildə Polşanın “Sopot” festivalında təqdim etdiyi “Krallar hər şeyə qadirdir” mahnıları gətirib. Rusiya estradasının primadonnasının repertuarında 500-dən çox mahnı var. İllər ötməsinə baxmayaraq Alla Puqaçovanın “Milyon al qızılgül”, “Qədim saat”, “Aysberq” və digər mahnıları dillər əzbəridir.