Bu ilin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən 3 mindən artıq nümayəndə qatılacaq.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə Qobustan Dövlət Tarix-Bədii Qoruğunda keçirilən kütləvi ağacəkmə aksiyasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev bildirib ki, Azərbaycan Ümumdünya İrs Komitəsinin 43-cü iclasına sədrlik edəcək: “Dünya İrsi Siyahısında milli sərvətimiz olan Qobustan qoruğunun da öz yeri var və Azərbaycana səfər edəcək 3 min nəfərdən ibarət nümayəndə heyətlərinin də bura səfəri nəzərdə tutulub”.
Ə.Qarayev qeyd edib ki, 10 gün davam edəcək tədbir zamanı Azərbaycan dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq.