logo

Ankarada “Azərbaycan mətbəxi həftəsi”nin açılışı olub

14:10 05-03-2019 | icon 5600
Ankarada “Azərbaycan mətbəxi həftəsi”nin açılışı olub

Ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada “Azərbaycan mətbəxi həftəsi” keçirilir.YeniAvropa xəbər verir  ki, həftənin açılış mərasimində Türkiyənin nüfuzlu siyasi dairələrinin nümayəndələri, Ankarada akkreditasiya olunmuş diplomatik missiya rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Səfir Xəzər İbrahim Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayaraq həftə ərzində təqdim olunan yeməklərimizin maraqla qarşılanacağını deyib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Pianoçu Nailə Əhmədova tərəfindən Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilib. Pianoçunu skripkada Hüseynalı Hüseynalıyev müşayiət edib.