logo

İsraildə “Eurovision-2019”a biletlərin satışında qalmaqal qopub

13:31 04-03-2019 | icon 5068
İsraildə “Eurovision-2019”a biletlərin satışında qalmaqal qopub

İsrailin "KAN" ictimai televiziyası may ayında Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsinə biletlərin bütün satışlarını müsabiqənin rəsmi satıcısı tərəfindən qaydaların pozulması şübhəsi ilə martın 3-də dayandırıb.YeniAvropa xəbər verir  ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

"KAN"ın bəyanatında deyilir ki, teleşirkətin nəzarət komitəsi ötən həftə satılan yüzlərlə biletin qazanc məqsədi ilə yenidən satılması barədə şübhələrini bildirdikdən sonra ictimai televiziya bütün satışları əlavə bildiriş verilənə qədər dayandırmağa göstəriş verib. KAN-dan bildiriblər ki, nəzarət komitəsi müsabiqə arenasında ən yaxşı yerlərə yüzlərlə biletin ictimaiyyətə deyil, idman xadimlərinə və media menecerlərinə satışı prosesinə müxtəlif tərəflərin müdaxilə etmək cəhdlərini müəyyən edib ki, bu da ictimai televiziyanın prinsiplərinə tamamilə ziddir.

Bu şübhələr aradan qaldırılana və qanunsuz satılan biletlər ictimaiyyətə qaytarılana qədər bütün satışlar dondurulacaq. İsrailin ictimai təhlükəsizlik naziri Gilad Erdan KAN məmurlarının şübhələrini araşdırmağa göstəriş verərək deyib: “İsraili rüsvay etmək üçün bu tarixi və fərəhli hadisədən istifadə edilməsinə yol vermək olmaz”.