İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub
Fevralın 14-də İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olub.
YeniAvropa xəbər verir ki, açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından ibarət “İçərişəhər” adlı fotosərgi də nümayiş olunub.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov son illər İçərişəhərdə görülən işlər və reallaşan layihələr barədə məlumat verib. Bildirib ki, İçərişəhərdə Xalq rəssamı Tahir Salahovun ev-muzeyi, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi yaradılıb, Marionet teatrının binasının açılışı olub və bir sıra layihələr həyata keçirilib. Ə.Ələkbərov layihənin reallaşdırılmasında Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
İdarə rəisi diqqətə çatdırıb ki, bu gün Bakı Fotoqrafiya Evində təşkil edilən ilk sərgidə iştirakçılar İçərişəhərin maraqlı fotoları ilə tanış olacaqlar. Bu fotolar ötüb keçən zamanın şəhərin mühitinin yalnız landşaftını, işıq və havasını deyil, həm də baxışını da dəyişdirdiyinə sənədli şahidlik edir.
Tədbirdə fotoqraf Sənan Ələsgərov sərgi barədə məlumat verərək belə bir mədəniyyət mərkəzinin yaradılmasına görə əməyi keçənlərə təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir foto kolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. İyirmi mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.
Fotoqraf-rəssam Sənan Ələsgərov İçərişəhərdə doğulub boya-başa çatıb. O, 40 ildir İçərişəhərin fotoxronikasını lentə alır. Qala divarları əhatəsində olan memarlıq, bir-birini əvəz edən və mədəni təbəqələrdəki dəyişiklikləri qeydə alır.
Polis əməkdaşlarına zor tətbiq edən şəxslər həbs edilib
Paytaxtda binanın zirzəmisində fəhləni "tok" vurub öldürdü
Azərbaycan nefti 98,19 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Ukraynada hərbi vəziyyət noyabrın 21-dək uzadılır
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər