logo

“Baku Fashion Club” dəbsevərlər üçün növbəti təqdimat keçirəcək

10:29 19-01-2018 | icon 4452
“Baku Fashion Club” dəbsevərlər üçün növbəti təqdimat keçirəcək

Yanvarın 22-də “Excelsior Hotel & Spa Baku”nun dəstəyi ilə Azərbaycanın moda sahəsinin professionalları və həvəskarlarını bir araya gətirən “Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək.“Baku Fashion Club”dan YeniAvropa-ya  verilən məlumatda qeyd olunur ki, "Dizayner kolleksiyalarının uğurlu satışının sirri” mövzusunda keçiriləcək tədbirdə “First Fashion Lab” şirkətinin həmtəsisçisi və kreativ direktoru, “L'ethnicAz” brendinin yaradıcısı, geyim üzrə rəssam-dizayner Səbinə Hüseyn, “DABZ accessories collection“ brendinin yaradıcısı və dizayneri Elnara Birbuet və Azərbaycan dizaynerlərini dəstəkləyən LuxOut.net online mağaza və platformasının yaradıcısı Səbinə Mirzəyevə-Atayeva çıxış edəcək və öz təcrübələrini bölüşəcəklər.

Azərbaycanın moda sahəsinin nümayəndələri arasında geyim və aksesuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və başqaları olacaqlar. Tədbirdə, həmçinin ekspertlər, moda sahəsinin nümayəndələri, jurnalistlər və tələbələr iştirak edəcəklər.