logo

İyunun 13-dək çaylarda sel təhlükəsi olacaq-Xəbərdarlıq

19:59 10-06-2024 | icon 1071
İyunun 13-dək çaylarda sel təhlükəsi olacaq-Xəbərdarlıq

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir. Belə ki, son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində Böyük Qafqaz, Kiçik Qafqaz, Qarabağ və Şərqi Zəngəzur ərazilərindən axan çaylarda sululuq artıb. İntensiv leysan xarakterli yağışlar nəticəsində Şəki rayonunun ərazisindən axan Kişçaydan və Goranboy rayonunun ərazisindən axan Gorançaydan sel keçib.

YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O deyib: “Ölkə ərazisində gözlənilən qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 13-dək davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara bir daha müraciət edirik ki, diqqətli olsunlar. Mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmaları tövsiyə edilir”.