Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğızıstana səfəri davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. Azərbaycan nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib.
Qırğız Respublikasının prezidenti Sadır Japarov videomüraciətində tədbir iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.
Baş prokuror işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, həmçinin bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğu, Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.
İyun ayında Xankəndi Şəhər Prokurorluğunun açılış mərasiminin keçirildiyi barədə danışan Kamran Əliyev bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.
Kamran Əliyev, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), cari il sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.
Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin baş prokuroru Ying Yong ilə görüşlər keçirib, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib