AFFA Hakimlər Komitəsinin yeni sədr təyin edilib.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə belçikalı mütəxəssis Frank de Bleker təyin olunub.
AFFA İcraiyyə Komitəsinin iyulun 12-də keçirilmiş son iclasında Hakimlər Komitəsinin sədrliyinə namizədlərdən belçikalı Frank de Blekerin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduqdan sonra belçikalı FIFA referisi ilə 3 il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.