logo

Xəzər dənizi dünyada ən az tədqiq olunan bölgələrdəndir

10:50 10-06-2024 | icon 770
Xəzər dənizi dünyada ən az tədqiq olunan bölgələrdəndir

Xəzər dənizinin su səviyyəsinin enməsi ilə bağlı təsdiqini tapan fikirlər var. Bəs bu enməni dayandırmaq mümkündürmü? Keçmişdə də Xəzər dənizinin su səviyyəsinin aşağı endiyini dəfələrlə müşahidə etmişik. Ancaq bunun keçmişdə necə baş verdiyini, hazırda baş verən enmənin keçmişdəkindən nə ilə fərqləndiyini bilmək üçün elmi araşdırmaya ehtiyac var.

YeniAvropa xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən “Xəzər Mavi Üfüqlər”in açılış mərasimində “COP29 ərəfəsində İqlim Dayanıqlığı və Xəzər dənizinin Davamlılığı üçün Elm və Biznesin Sinerjiləşdirilməsi” mövzusunun müzakirəsinə həsr edilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi dünyada ən az tədqiq olunan bölgələrdəndir. O əlavə edib ki, bu bölgə ilə bağlı araşdırmaların əksəriyyəti 1970-ci ili ötmür.

“Son dövrlərdə bəzi araşdırmalar edilib, lakin bu da çox azdır. İqlim dəyişikliyi bu bölgə ilə çox bağlıdır. Mövzu ilə bağlı əməkdaşlıq etmək üçün dünya səviyyəsindəki akademik və elmi cəmiyyəti bu bölgəyə gətirmək vacibdir. Çünki elm ictimaiyyəti üçün az işlənən istənilən sahə həyəcan yaradır”, - deyə Bakı Limanının baş direktoru bildirib.