logo

Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma seçkiləri tanımadı

19:40 09-06-2024 | icon 987
Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma seçkiləri tanımadı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.

Nazirliyin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və iyunun 9-da Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Xatırladaq ki, ötən gün Gürcüstanda separatçı rejimin nəzarətində olan Cənubi Osetiya bölgəsində qondarma parlament seçkiləri keçirilib. 181 deputat mandatı üğrunda 73 namizəd siyasi partiyalardan, 108 namizəd isə majoritar qaydada sekçidə iştirak edib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçkidə Cənubi Osetiyada qeydiyyatda olan 29 min seçicidən  60% -dən artığı iştirak edib.