logo

Bakıda əxlaqsız hərəkət edən taksi sürücüsü saxlanılıb

10:30 10-06-2024 | icon 784
Bakıda əxlaqsız hərəkət edən taksi sürücüsü saxlanılıb

Sosial şəbəkələrdə taksi sürücüsünün əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin şəxs Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.