logo

Dünya Robot Çempionatının Azərbaycan üzrə finalı keçirilib

10:20 10-06-2024 | icon 728
Dünya Robot Çempionatının Azərbaycan üzrə finalı keçirilib

Dünya Robot Çempionatının (WRC) Azərbaycan üzrə finalı keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası robotların qaydasız döyüşü (Botscombat) kateqoriyası üzrə III yeri tutaraq Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, qələbə qazanan “İndustry tank” Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndisləri tərəfindən hazırlanmış döyüş robotudur.